Ən çox xoşladıqları şey başqaları tərəfindən təriflənməkdir

Təkəbbürlü və lovğa insanın ruhi vəziyyəti onun həyata baxışlarından və danışıq tərzindən asanlıqla aydın olur. Belə insanlar özlərini ya hədsiz dərəcədə öyür, ya da başqaları tərəfindən təriflənmələri üçün şərait yaradırlar. Digər tərəfdən isə belə adamların qəlbində başqa insanlara qarşı onların üstün xüsusiyyətlərinə görə bir kin və qəzəb olur. Bu da onların baxışlarından aydın olur. Belə insanların üzərinə lovğalıq və təkəbbürdən irəli gələn bir ağırlıq çökmüşdür. Onlar ümumiyyətlə hər bir şəraitdə, hər bir məsələdə yalnız özlərini düşünərək xüsusən də başqa insanlardan «ağır» davranmağa, fərqlənməyə çalışırlar. Xoşladıqları yeganə şey yalnız özlərini öymək, başqaları tərəfindən təriflənmək və ön plana çıxmaqdır.