Xəstə və nizamsız bir ruhi vəziyyətə malikdirlər

Normal insanlarda özünü açıq büruzə verən səmimi, şən bir ovqat olduğu halda təkəbbürlü insanların mənəviyyatında və ruhi vəziyyətlərində böyük çatışmazlıqlar, qaranlıqlar və nizamsızlıq olur. Lovğalıq və aldanış içində olan bu insanların daxili aləmi stress və qorxu ilə, beyinləri isə xırda və əhəmiyyətsiz məsələlərlə doludur və onların şüuru zülmət qaranlıq bir dünyadır. Belə bir hal insanı üzür, tez qocaldır və onun ruhi sağlamlığını da pozur.

Mənəvi baxımdan başqalarından zəif olan bu insanlar soyuq təbiətli və nadan olurlar. Demək olar ki, belə insanlardan gözəl bir mimika, sevgi əlaməti, təqdirəlayiq nəsə gözləmək və yaxud müsbət əməllərə sövq edən bir söz eşitmək qeyri-mümkündür. Onların olduğu yerdə gülmək, əylənmək çox çətindir. Xüsusən də kişilər arasında ani hücumlar, kobudluq, aqressivlik, barıt kimi tez partlamaq əlamətləri geniş yayılıb. Qadınlarda isə təkəbbür özünü narahatlıq və gərginlik kimi xüsusiyyətlərin timsalında büruzə verir. Buna görə də onların içində olduqları mühit daim gərgin olur, hətta ən kiçik bir məsələni də bəhanə edərək onu şişirdir, necə deyərlər, «qaşınmayan yerdən qan çıxarırlar».